Arvadnamə

Gözəllik subyektiv anlayışdı. Estetikada bu məqsədlə anılan qurbağa məsəlini çoxları bilir. Erkək qurbağadan soruşurlar ki, dünyada ən gözəl kimdi? O da deyir ki, dünyanın ən gözəl məxluqu beli yaşıl, qarnının altı ağ, gözləri pırtlaşıq dişi qurbağadı.
Bəyəm belə deyil? Bir az ədəbsiz çıxmasın, aparın o qurbağaya Culiya Robertsi göstərin, beli yaşıl sevgilisini buraxıb, Hollivud gözəlçəsinin dalınca düşəcək? Yox, yenə də yox. Yəni gözəllik gerçəkdən subyektivdi.
Cəlaləddin Rumi yazır ki, Leyli və Məcnunun bərk gedən zamanında bu eşq haqda sohbətlər gedib çıxır xəlifənin qilağına. Xəlifə Leylini gətizdirir baxsın görsün bu nə biçim gözəldi ki, Qeysi Məcnun eləyib? Kişinin oğlu atasını belə tanımır. Başında quşlar yuva qurub. Emanasiya elədiyi pozitiv enerjinin nəticəsində ceyran başını aslanın qıçının üstünə qoyub yatır. Bu aşiq adını belə unudub. “Kimsən, adın nədi?” deyə soruşanlara: “Adım Leylidi” deyir. Leylini gətirirlər. Xəlifə baxir ki, bu, adi bir qızdı, fövqəladə bir gözəlliyi yoxdu. “Yahu, sən adi bir qızsanmış!” deyəndə Leyli deyir: “Sən ayıqsan, ağlı başında olanın eşqdən danışması haramdı. Sən Leyliyə Məcnunun gözü ilə bax”.
Davamı →